Rio-2016: Toğrul Əsgərov finalda - YENİLƏNİB
21 avqust 2016 18:13 (UTC +04:00)

Rio-2016: Toğrul Əsgərov finalda - YENİLƏNİB

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov növbəti görüşü çıxıb.

 

APA-nın məlumatına görə, T. Əsgərovun yarımfinalda rəqibi italiyalı Frank Markez Xamizon olub.

 

T. Əsgərov 7:4  hesabı ilə görüşdə qalib gəlib.  

 

***

 

saat 17.00

 

 

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov 1/4 finalda mübarizə aparıb.

 

APA-nın məlumatına görə, onun rəqibi Frank Molinaro (ABŞ)  olub.

 

T. Əsgərov görüşdə 12:2 hesabı ilə qalib gəlib.  

 

***

 

16.06

 

Bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib.

 

APA-nın məlumatına görə, onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub.

 

To. Əsgərov görüşdə qalib gəlib. Pəhləvanımızın 1/4 finalda  rəqibi Maqomedmurad Qacıyev (Polşa)/Frank Molinaro (ABŞ) cütünün qalibi olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453
avatar

APA Baycan

Oxşar yazılar