“Red Bull” komandasının avstraliyalı pilotu Daniel Rikkardo “Formula-1” Monako Qran-Prisinin qalibi olub.
APA-nın xəbərinə görə, almaniyalı Sebastyan Fettel (“Ferrari”) ikinci, “Mersedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton isə üçüncü yerin sahibi olub.
Qeyd edək ki, S.Hemilton ümumi hesabda liderliyi qoruyub - 110 xal. 2-ci yerdə S.Fetttel (96), 3-cü pillədə isə D. Rikkardo (72) qərarlaşıb.
"Formula-1"in növbəti mərhələsi iyunda Kanadada keçiriləcək.