“Qarabağ” klubunun futbolçusu Reynaldo Silva milliləşdirilərək, Azərbaycan yığmasının heyətinə cəlb olunma məsələsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, braziliyalı hücumçu millimizdə oynamağa hazır olduğunu deyib.
Lakin o, hələlik ortada rəsmi bir şeyin olmadığını əlavə edib: “Bilirəm ki, ictimaiyyət bu barədə danışır. Amma hələ rəsmi bir şey yoxdur. Təbii ki, özüm yığmanızda oynamağı istərəm”.
Reynaldo Azərbaycan dilini öyrənməkdə çətinlik çəkdiyini də bildirib: “Cəhd edirəm ki, dilinizi də öyrənim. Amma bu, çətindir. Çünki öyrədəcək adam da yoxdur. İmkan tapdıqca Bakını gəzirəm, ölkə haqda məlumat toplayıram. Amma nə ingiliscə, nə də azərbaycanca bilirəm”.
Qeyd edək ki, Reynaldo Topaz Premyer Liqasında fevral və martın ən yaxşı futbolçusu, eləcə də fevralın ən yaxşı qolunun müəllifi olub. O, hazırda Premyer Liqanın bombardiridir.

Reynaldo: “Azərbaycan dilini mənə öyrədəcək adam yoxdur” - YENİLƏNİB
Oxşar yazılar

Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 03:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22