Realdan Xamesə müdhiş təklif
15 iyul 2014 10:21 (UTC +04:00)

Realdan Xamesə müdhiş təklif

“Real Madrid” klubu kolumbiyalı futbolçu Xames Rodriqesin alınması ilə bağlı “Monako” ilə danışıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Madrid klubu Rodriqesə 6 illik müqavilə təklif edib.

 

Bu müqaviləyə görə, Xames ildə 7 milyon avro qazanacaq. “Real”ın Xames üçün “Monako”ya etdiyi təklifə müdafiəçi Pepenin də verilməsi daxildir. Amma danışıqlar hələ yekun mərhələyə daxil olmayıb. Rodriqes özü kral klubuna keçmək istəyir.

 

Xatırladaq ki, Xames Rodriqes dünya çempionatında keçirdiyi 5 oyunda 6 qol vuraraq mündialın ən sərrast futbolçusu adını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar