Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “ayın futbolçusu” və “ayın qolu” nominasiyalarının qaliblərinin mükafatlandırma mərasiminə qatılmayıb. Lent.az-ın məlumatına görə, ötən ilin dekabr, eləcə də bu ilin fevral və mart aylarının ən yaxşı futbolçusu və qolunun sahibinə mükafatı onun əvəzinə PFL-in texniki-idman şöbəsinin rəhbəri Zamiq Hüseynov verib.
Əvəzində Topaz rəsmisi qismində tədbirə “Azerinteltek” şirkətinin İdarə Heyətinin sədri Ahmet Sezer qatılıb.
Qeyd edək ki, Ramin Musayev ötən ilin noyabr ayının ən yaxşılarının mükafatlandırılma mərasimində də iştirak etməyib.
Ramin Musayev yenə gəlmədi
966