
Ramil Əliyev Beynəlxalq Kiber İdman Federasiyasının İdarə Heyətinə üzv seçildi
Beynəlxalq Kiber İdman Federasiyasına üzv seçilən Kiber İdmanda geniş təcrübəyə malik olan Ramil Əliyev, 2013-cü ildən bu günə kimi Azərbaycan Kiber İdman Federasiyasının prezidentidir. Bu barədə Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan Kiber İdman Federasiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə 2014-cü ildə Bakı şəhərində 6-cı Dünya Kiber İdman Çempionatını uğurla həyata keçirib.
İESF-in prezidenti Kolin Vebster Ramil Əliyevin İdarə Heyətinə üzv seçilməsi ilə bağlı bildirib: "Ramil Əliyevin, onun təcrübəsi və təfərrüatlara ətraflı diqqəti ilə, İESF-in İdarə heyəti üçün çox faydalı olacağı şübhəsizdir. Mən, bütün digər İdarə heyətinin üzvləri kimi, Ramil ilə iş birliyimizi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Beynəlxalq Kiber İdman Federasiyasının (IESF) mümkün qədər səmərəli işləməsi üçün İdarə Heyətinin bütün vakansiyalarının doldurulması vacibdir.
R.Əliyevin İdarə Heyətində üzvlüyü bu ilin dekabr ayına planlaşdırılan növbəti seçkilərə qədər etibarlıdır.
Oxşar yazılar

“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04
“Çelsi” Klublararası Dünya Çempionatının qalibi oldu
14 iyul 2025 , 01:26
Yannik Sinner ilk dəfə Uimbldon çempionu oldu
13 iyul 2025 , 23:21
“Arsenal” şoku: 200 milyon avroluq transfer inqilabı - bu hələ son deyil
13 iyul 2025 , 18:51
Lamin Yamal “Barselona” tarixinin ən yaxşı oyunçularından ibarət komanda yaratdı – Sürprizlər var?
13 iyul 2025 , 13:45
Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54