“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni transfer Qabriel Jezusun oyununu dəyərləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis Braziliya millisinin forvardının nəyə qadir olduğunu müəyyənləşdirməyin erkən olduğunu söyləyib.
O, Premyer Liqanın XXIII turunda “Vest Hem”lə (4:0) səfər qarşılaşmasında 1 qol vuran 19 yaşlı oyunçunu qarpıza bənzədib: “Jezus istedadı ilə qol vurmaq üçün mübarizə apardı. Bu cür oyunçular qarpız kimi olurlar, necə olduğunu bilmirsiniz. Gözəl olub-olmadığını bilmək üçün kəsmək məcburiyyətindəsiniz”.
Qeyd edək ki, “Mançester Siti” Qabriel Jezusu 32 milyon avroya transfer edib.