Millimizin qarşıdakı yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanov aşağıdakı oyunçulara dəvət göndərib.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev (“Neftçi”)
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı “Qəbələ”), Rahil Məmmədov (“Səbail”), Slavik Alxasov (“Keşlə”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Ufuk Budak (“Samsunspor”, Türkiyə)
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Ruslan Qurbanov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Cavid İmamverdiyev (“Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dmitri Nazarov (“Erzgebirge”, Almaniya)
Hücumçular: Ramil Şeydayev, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Amil Yunanov (“Sumqayıt”)
Qeyd edək ki, yığmamız mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı, mayın 29-da Qırğızıstan, iyunun 6-da Qazaxıstan, iyunun 9-da Latviya ilə yoldaşlıq oyunu keçirəcək.