Qətər və Yaponiya “Copa America-2019”da!
05 may 2018 05:05 (UTC +04:00)

Qətər və Yaponiya “Copa America-2019”da!

0

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2019-cu ildə keçiriləcək Amerika Kubokunun iştirakçılar siyahısına Qətər və Yaponiya milli komandalarını daxil edib.

 

APA-nın “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, adıçəkilən ölkələr  “Copa America”nın Asiya qitəsində populyar olduğu üçün turnirə cəlb ediliblər.

 

Amerika Kuboku uğrunda turnir 1916-cı ildən keçirilir. 1993-cü ildən etibarən yarışlarda CONMEBOL-a üzv 10 ölkə (Braziliya, Argentina, Uruqvay, Çili, Peru, Ekvador, Kolumbiya, Venesuela, Paraqvay və Boliviya)  və əksər hallarda  Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin Futbol Konfederasiyasına (KONKAKAF) daxil olan 2 ölkənin yığma komandaları iştirak edir.

 

Qeyd edək ki, 2019-cu ilin futbol üzrə Amerika kuboku Braziliyada keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 567

Oxşar yazılar