Mayın 29-da Qətər və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun hakimləri açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü liviyalı baş hakim Tamuni Salah Vahid idarə edəcək.
Ona həmyerliləri Attia Amsaad və Fuad El Mağrabi yan xətt hakimləri qismində yardımçı olacaqlar. Dördüncü hakim isə qətərli Xamis əl-Kuvaridir. Görüşün start fiti Bakı vaxtı ilə saat 21:15-də Doha şəhərindəki “Əl-Sədd” klubunun stadionunda çalınacaq.
Qeyd edək ki, oyunla bağlı Azərbaycan milli komandasının bütün xərclərini Qətər Futbol Assosiasiyası ödəyəcək.