Gənclər və İdman Nazirliyi təşkilatçılığı ilə aprelin 16-17 tarixlərində respublika atıcılıq yarışı keçirilib. Lent.az-ın məlumatına görə, yarışlarda Qəbələ Atıcılıq Klubu tələbəsi Vüqar Ağabəyov pnevmatik tüfənglə atəş açmaqda birinci yeri tutaraq respublika birincisi adına layiq görülüb.
Yarışlarda Neftçi İdman və Sağlamlıq Mərkəzinin, Spartak İdman Cəmiyyətinin, Daxili İşlər Nazirliyinin İdman Klubunun, Stend Atıcılığı Məktəbinin və Qəbələ Atıcılıq Klubunun idmançıları iştirak edib.