Futbol, voleybol, basketbol kimi idman növləri haqqında hər birimiz eşitmişik. Lakin elə idman növləri var ki, onlar haqqında çox adam məlumatsızdı. Lent.az sizə bu idman növlərindən danışacaq.
Buzkaşi əsasən Mərkəzi Asiyada oynanılır. Çaparlar top əvəzinə keçi və ya qoyundan istifadə edirlər.
Şahboks – boksdan və şahmatdan ibarət olan qeyri-adi idman növüdür. Tərəflər bir-biri ilə şahmat oynayıb, yumruqlaşırlar. Bu oyun əsasən Almaniyada və digər Avropa ölkələrində yayılıb.
Vulkan enişi - adrenalin sevənlərin ürəyincə olan idman növüdür. Snouboarda bəzəsə də, burada idmançılar vulkan külləri dolu yamaclarla kiçik lövhənin üzərində aşağı enirlər. Bəzən enişin sürəti saatda 80 km-ə çata bilir.
Nəqliyyat serfinqi - Cənubi Afrikada olduqca məşhurdu. Hərəkət edən qatarların üzərində müxtəlif fəndlər göstərirlər.
Limbo-skatinq – bu idman növü olduqca çətindir. Diyircəkli konkilərlə yerə yaxın məsafədən maneənin altından keçməlidirlər. Bu idmanda yeni rekord bir hindliyə aiddir. 10 metr boyunca yerdən 25 sm hündürlükdə maneənin altından keçib.
Dağ monosiklinqi - burada oyunçu tək təkərli velosiped ilə təhlükəli yerlərdən və təpələrdən keçməlidir.
Sleyklayn - bu oyun zamanı idmançı nazik ip üzərində hərəkət etməlidirlər.
Vinqsuit uçuşu- bu idman növü üçün paraşüt və xüsusi hazırlanmış kostyum lazımdır.