“Qarabağ” klubunun Avroliqadakı ev oyunlarının vaxtı dəyişdirilib. Lent.az-ın məlumatına görə, hər 3 ev oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Daha əvvəl Bakıdakı oyunların saat 22:00-da başlayacağı bildirilsə də, vaxt 1 saat geri çəkilib.
Qeyd edək ki, Ağdamın “Qarabağ” klubu ilk oyununu sentyabr 18-də Tofiq Bəhrəmov adına Respublika Stadionunda Fransanın “Sent Etyen” klubu ilə keçirəcək.