Qapıçı toyuna görə qol buraxdı
24 aprel 2015 01:28 (UTC +04:00)

Qapıçı toyuna görə qol buraxdı

İngiltərə kubokunun (FA Cup) yarımfinal matçında “Arsenal”a məğlub olan (1:2) “Ridinq”in qapıçısı Adam Federiçi ətrafında söz-söhbətlər yaranıb. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, qolkiperin “topçular”la oyunda bilərəkdən top buraxdığı bildirilir.  

 

İddialara əsasən, qapıçının aciz qaldığı ikinci qoldan sonra “Ridinq” finala yüksələ bilməyib. Belə ki, komanda həlledici qarşılaşmaya vəsiqə qazansa idi, 30 mayda “Aston Villa” ilə üz-üzə gələcəkdi. Məhz həmin tarixlə Adamın evlilik vaxtının eyni günə təsadüf etməsi maraqlı fikirlər yaradıb.

 

Xatırladaq ki, çərçivə qoruyucusu oyundan sonra buraxdığı topa görə azarkeşlərdən “twitter” vasitəsilə üzr istəmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar