Qaliya Karyakina: “Vüqar Həşimov əfsanəvi Azərbaycan şahmatçısı olub”
05 aprel 2019 12:12 (UTC +04:00)

Qaliya Karyakina: “Vüqar Həşimov əfsanəvi Azərbaycan şahmatçısı olub”

“Məni şahmatla bağlı insanların oxuduğunu bilirəm. İndi mən ilin ən kədərli turniri barədə yazıram”. 
 
ONA-nın məlumatına görə, bunu dünyanın ən güclü şahmatçılarından sayılan Sergey Karyakinin həyat yoldaşı Qaliya Karyakina deyib.
 
Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ənənəvi "ShamkirChess2019" superturniri ilə bağlı fikirlərini açıqlayan rusiyalı Avropa çempionumuz haqda da danışıb: “Azərbaycanın Şəmkir şəhəri Vüqar Həşimovun xatirə turnirini 6 ildir qəbul edən məkandır.
 
Vüqar Həşimov əfsanəvi Azərbaycan şahmatçısı olub. Bu ölkənin yığmasının üzvü və bir çox turnirlərin qalibi idi. Mənə onunla şəxsi tanışlıq xoşbəxtliyi nəsib olmayıb. Biz yalnız 1 dəfə skaypla danışmışıq. Vüqar həyat yoldaşım Sergeyin yaxın dostu idi”. 
 
Qaliya Karyakina sosial şəbəkədə yarışda iştirakını da xatırlayab: “6 il öncə ilk dəfə dostumuzun xatirəsinə həsr olunan turnirə gəldik. Yarışın təşkilatçıları mübarizəni əsl hadisəyə çeviriblər. Turnir barədə fikirlərimi sözlə ifadə etmək çətindir. Bunu yalnız görmək lazımdır. Təkcə şahmatçıların Bakıdan Gəncəyə təyyarə ilə aparılması nəyə desən, dəyər. Dünya çempionu Maqnus Karlsen 3, Şəhriyar Məmmədyarov 2 dəfə turnirin qalibi olub. Hələ bilmirəm nə vaxt bir də sevimli Azərbaycanda və Həşimovun xatirə turnirində iştirak edəcəm. Həmişə təşkilatçılara yarışı yüksək səviyyədə keçirməyi, iştirakçılara gözəl və yaxşı oyun, biz azarkeşlərə isə böyük şahmatçı və əla insan haqda xoş xatirələr arzulamışam”. 
 
Qeyd edək ki, Şəmkirdə təşkil olunan turnirin ilk 5 turundan sonra norveçli Maqnus Karlsen 3,5 xalla lideridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar