"Qalatasaray"ın Avropa nəhənglərinin transfer siyahısına düşən hücumçusu Burak Yılmaz İstanbul klubu ilə yeni anlaşma əldə edib. Lent.az-ın məlumatına görə, Burak Yılmaz "Qalatasaray"la yeni müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçunun gəliri artırılıb. Belə ki, əldə olunan 3 illik razılaşmaya əsasən 29 yaşlı oyunçu ilə 2 milyon 530 min avro qazanacaq. Əvvəlki razılaşmada isə Burak Yılmaz ilinə 2.3 milyon avro qazanırdı.
Qeyd edək ki, futbolçunun "Cim-Bom"la 2016-cı ilə qədər müqaviləsi qüvvədə idi.
Qalatasaray Burak Yılmazla yeni müqavilə imzaladı
817