Qadınlar günündə 3 oyun olacaq
04 mart 2014 17:30 (UTC +04:00)

Qadınlar günündə 3 oyun olacaq

Futbol üzrə Topaz Topaz Premyer Liqasında XXV turun proqramı açıqlanıb. Lent.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən məlumatına görə, növbəti tura 8 mart Qadınlar günündə 3 oyunla start veriləcək.

 

İlk matç isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Çempionatın hazırkı autsayderi olan “Sumqayıt” qış fasiləsindən sonra uduzmayan “İnter”i qəbul edəcək. Daha bir autsayder “Rəvan” isə son 3 turda qələbə qazana bilməyən “Xəzər Lənkəran”ı “Bayıl Arena”da sınağa çəkəcək. Daha bir oyun qış fasiləsindən sonra qələbəyə həsrət qalan AZAL-la son 3 turda uduzmayan “Simurq” arasında keçiriləcək.

 

Turun daha böyük maraq doğuran oyunları isə martın 9-da olacaq. Həmin gün saat 13:00-da “Qəbələ” “Neftçi”ni qəbul edəcək. “Qəbələ” son 2 turda qola həsrət qalıb, “Neftçi” isə son 5 turdan 3 məğlubiyyət, 2 heç-heçə ilə ayrılıb. Qonaqlar yenə uduzsalar, nəinki çempionluq, hətta mükafatçılar sırasına düşmə şanslarını azalda bilərlər. Meydan sahiblərinə isə 3 xal çempionluq mübarizəsini davam etdirmək baxımından əhəmiyyətlidir.

 

Tura lider “Qarabağ”la qış fasiləsindən sonra uduzmayan “Bakı” arasındakı oyunla yekun vurulacaq. Bu matçda qələbə qazanacağı təqdirdə, paytaxtın eyniadlı təmsilçisi xal fərqini 5-ə endirə və hətta 2-ci pilləyə yüksələ bilər. Ağdam komandası və “Neftçi” qalib gəlsə, lider ən yaxın izləyicisi ilə xal fərqini 9-a çatdıracaq.

 

8 mart (şənbə)

 

14:00. “Sumqayıt” – “İnter” (Bakı)
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydan

 

15:00. “Rəvan” (Bakı) – “Xəzər Lənkəran”
Bakı, “Bayıl Arena”

 

16:00. AZAL (Bakı) -  “Simurq” (Zaqatala)
Bakı, “AZAL Arena”

 

9 mart (bazar)

 

13:00. “Qəbələ” – “Neftçi” (Bakı)
Qəbələ şəhər stadionu

 

18:00. “Qarabağ” (Ağdam) – “Bakı”
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 693

Oxşar yazılar