Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Apasport-un məlumatına görə, rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib - 3:1.
“Neftçi İdman Klubu”nun üzvü finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.
Bu, millimizin yarışda 37-ci mükafatıdı.
**
19:23
Azərbaycanın sambo üzrə yığmasının üzvü Nəzakət Xəlilova gümüş medal qazanıb.
Apasport.az saytının məlumatına görə, N. Xəlilova (52 kq) finalda Anna Xaritonova (Rusiya) üz-üzə gəlib.
Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. A. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan N. Xəlilova gümüş medalla kifayətlənib.
Qeyd edək ki, ilk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Görüş Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. N. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.