PSJ İbrahimoviçə əvəzləyici tapdı
22 may 2016 15:15 (UTC +04:00)

PSJ İbrahimoviçə əvəzləyici tapdı

PSJ dünən Fransa kubokunun finalı ilə klubda son oyununu keçirən Zlatan İbrahimoviçə əvəzləyici tapıb. Apasport.az saytının “La Parisien”ə istinadən məlumatına görə, parislilər argentinalı hücumçu Qonzalo İquaynla maraqlanır.

 

Artıq tərəflər arasında ilkin görüşmə də olub. Paytaxt klubunun direktoru Olivye Letanq “Napoli”nin hücumçusu ilə görüşərək həm ona təklifi təqdim edib, həm də klubun yeni layihələri haqqında məlumat verib.

 

Bu keçidin PSJ-yə 60 milyon avroya başa gələcəyi gözlənilir.

 

Qeyd edək ki, ötən mövsüm “Napoli” ilə A seriyasında 35 oyuna çıxan bombardir 36 qola imza atıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

ApaSport TV

Oxşar yazılar