Prezident İlham Əliyev azərbaycanlı boksçuya qızıl medalı təqdim edib
26 iyun 2015 19:53 (UTC +04:00)

Prezident İlham Əliyev azərbaycanlı boksçuya qızıl medalı təqdim edib

0

 

 

Azərbaycanın boks yığmasına I Avropa Oyunlarında ikinci qızıl medalı Elvin Məmişzadə qazandırıb.

 

 

Apasport.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələn həmyerlimiz fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

 

Məmişzadənin italiyalı rəqibi Vinçenzo Pikkardi ilə həlledici görüşünü Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Bakı-2015 I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyib.

 

Boksçumuza qızıl medalı ölkə başçısı təqdim edib.

 

Daha sonra himnimizin sədaları altında dövlət bayrağımız dalğalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar