AÇ-2020 oyunlarının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı
22 may 2018 19:55 (UTC +04:00)

AÇ-2020 oyunlarının Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutan ölkə başçısı  “F.T.Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3783 nömrəli Sərəncamına uyğun olaraq qərara alıb:

“2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 sentyabr tarixli 2331 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 9, maddə 1526; 2017, № 8, maddə 1521) 1-ci hissəsinin “Təşkilat Komitəsinin üzvləri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

“Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü”, “, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini” və “və turizm” sözləri çıxarılsın.

“Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü” sözləri “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri” sözləri ilə, “təhsil naziri” sözləri “vergilər naziri” sözləri ilə, “Aydın Əliyev” sözləri “Səfər Mehdiyev” sözləri ilə, “Fərhad Hacıyev – Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun icraçı direktoru” sözləri “Fərid Cəfərov – Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru” sözləri ilə əvəz edilsin.

“Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözlərindən sonra “Fuad Nağıyev - Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri” sözləri əlavə edilsin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Oxşar yazılar