Premyer Liqada daha bir komandanın baş məşqçisi dəyişdi
10 aprel 2014 16:38 (UTC +04:00)

Premyer Liqada daha bir komandanın baş məşqçisi dəyişdi

Rusiyanın “Dinamo” (Moskva) futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın klubun rəsmi “Twitter” səhifəsinə istinadən məlumatına görə, bu, Stanislav Çerçesovdur.

 

51 yaşlı mütəxəssislə sonradan uzadıla bilməsi şərti ilə 2 illik müqavilə bağlanılıb. O, yeni vəzifədə qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Dan Petreskunu əvəzləyib. Rusiya Premyer Liqasında mövsümün sonuna 6 tur qalmış “Dinamo” 43 xalla 4-cü pillədə qərarlaşıb və lider “Lokomotiv”dən 8 xal, 2-ci yerdə gedən “Zenit”dən 7 xal, 3-cü pillədəki MOİK-dən isə 3 xal geri qalır.

 

Qeyd edək ki, Stanislav Çerçesov yeni təyinatadək “Amkar”ın sükanı arxasında olub. Perm komandası hazırda 35 xalla 7-ci pillədə qərarlaşıb. Bu yaxınlarda “Zenit” və “Spartak” və “Volqa”da da baş məşqçi dəyişikliyi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar