Portuqaliyada türkiyəli jurnalistləri tualetə həsrət qoydular
03 may 2013 10:54 (UTC +04:00)

Portuqaliyada türkiyəli jurnalistləri tualetə həsrət qoydular

Futbol üzrə Avropa Liqasında Portuqaliyanın “Benfika” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçirilmiş təkrar yarımfinal qarşılaşmasında qeyri-adi olay yaşanıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, matçı izləyən türkiyəli jurnalistlərin təbii ehtiyaclarını ödəməyə imkan verilməyib.

 

Stadion mühafizəçiləri hissələrarası fasilə zamanı tualetə getmək istəyən həmkarlarımızın qarşısını kəsiblər. Onlar “Tualet azarkeşlərlə doludur. Sizin təhlükəsizliyini təmin edə bilmərik” deyə səbəb göstəriblər. Məhz bu səbəbdən, türkiyəli jurnalistlər tualetdən yararlana bilməyiblər.

 

Qeyd edək ki, “Luj” stadionundakı oyunu 3:1 hesablı qələbə ilə başa vuran “Benfika” finala yüksəlib.

# 646
avatar

Oxşar yazılar