POLŞANI UDDUQ
09 fevral 2014 10:56 (UTC +04:00)

POLŞANI UDDUQ

Azərbaycanın "Baku Fires" boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında 4-cü ev qarşılaşmasında inamlı qələbə qazanıb. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız  Polşanın "Hussars Poland" kollektivini  5-0 hesabı ilə məğlub edib.

Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü  52 kiloqram çəkidən mübarizə aparan Murad Rabadanov "Hussars Poland"ın  boksçusu Marius Koça qalib gəlib. 60 kq çəkidə təmsilçimiz Məhəmmədrəşid Cəbrayılov Mateuş Polski ilə gərgin keçən döyüşdə rəqibini üstələməyi bacarıb. Üçüncü  döyüş 69 kiloqram çəki dərəcəsində Kamil Əhmədov və İreneuş Zakrjevski arasına keçirilib. Bu döyüşdə də "Baku Fires" təmsilçisi rinqdən qalib ayrılıb.

 81 kq çəkidə yarışan boksçumuz Avropa çempionu Teymur Məmmədovun  rəqibi isə Pyotr Podluçki olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək qalib gəlib. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Arslanbek Mahmudov isə polşalı  Arkadiuş Toboreki nokautla məğlub edərək komandamızın 5-0 hesablı qələbəsini rəsmiləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224
avatar

Oxşar yazılar