PFL və Topaz ən yaxşıları müəyyən etdi
13 iyun 2013 15:38 (UTC +04:00)

PFL və Topaz ən yaxşıları müəyyən etdi

Futbol üzrə Topaz Premyer Liqasında aprel və may aylarının ən yaxşı futbolçuları və ən gözəl qollarının müəlliflərinin mükafatlandırma mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çempionatın baş sponsoru Topazla əməkdaşlığın müsbət cəhətlərindən danışıb.

O, ilk növbədə, 2012-2013-cü il mövsümündə oyunların yayım sayının əvvəlki mövsümlə müqayisədə 2 dəfə artdığını bildirib: “Bu isə Topazın 2 ilin işini 6-7 ay ərzində görməsi deməkdi. Növbəti mövsüm daha çox oyun yayımlanacaq. Hətta I divizion oyunlarının yayımında da köməkliyini əsirgəmədilər. Matçların yayımı nəticəsində xaricdə də görüşləri izləyirdilər. Hətta Rusiyanın bəzi şəhərlərindən bizə zənglər gəlirdi. Oyunları müzakirə edirdilər”.

Musayev gələcəkdə Topazla yeni layihələr həyata keçirəcəklərini də bildirib. O qeyd edib ki, xaricdə də tədbirlərin təşkili mümkündür.

“Azərinteltek” İdarə Heyətinin sədri Ahmet Sezer ötən 6 ayda verdikləri sözü yerinə yetirməkdən və PFL-lə əməkdaşlıqdan qürur duyduqlarını bildirib: “Artıq ölkənin bütün bölgələri üzrə 500-dək agentimizlə iş görürük. Çoxlu azərbaycanlıya iş imkanı yaratdıq”.

Daha sonra mükafatlandırmaya başlanılıb. Ən yaxşı qolların müəllifləri “Rəvan”ın futbolçuları Tofiq Mikayılov və Ramazan Abbasov olub. Hər iki oyunçuya 1000 manat pul mükafatı və qiymətli hədiyyə verilib. Aprelin ən yaxşı oyunçusu adına “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda, mayın ən yaxşı futbolçusu adına “Neftçi”nin hücumçusu Nikolas Kanales layiq görülüb. Onlara 1500 manat pul mükafatı və qiymətli hədiyyə verilib. Hər iki oyunçu istirahətdə olduğundan, mükafatı klub nümayəndələri alıb.

Hər iki ayın oyunçusunu düzgün tapanlar – Anar Cəfərsoy (supersport.az) və Kənan Məstəliyevə (rekord.az) hərəyə 500 manat mükafat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623
avatar

Oxşar yazılar