Pele xəstəxanaya yerləşdirildi
Futbol kralı Pele xəstəxanaya yerləşdirilib.
ONA-nın məlumatına görə, 79 yaşlı braziliyalı üçqat dünya çempionu Fransanın paytaxtı Parisdəki xəstəxanalardan birinə qızdırma və tetanoz sancısı ilə çatdırılıb. Pelenin həyatı üçün təhlükə olmadığı bildirilir.
Veteranın əhatəsi onun oteldən xəstəxanaya aparıldığını təsdiqləyib, bunun ehtiyat tədbir kimi edildiyini açıqlayıb.
Pelenin Fransaya səfərinin səbəbi Fransa millisinin və PSJ-nin gənc hücumçusu Killian Mbappedir. Özünü 20 yaşlı ulduzun fanatı sayan Pele fransalı ilə görüşmək üçün Fransaya yollanıb. O, Killianı özünə də bənzədib.
Qeyd edək ki, braziliyalı son illərdə dəfələrlə xəstəxanaya yerləşdirilib. 2014-cü ilin noyabrında ciddi infeksiyadan sonra reanimasiyada yatan futbol kralı Olimpiada-2016-nın Rio-de-Janeyrodakı məşəlini də sağlamlığı səbəbindən yandıra bilməyib. DÇ-2018-in püşkatmasında isə cənubi amerikalı əlil arabası ilə iştirak edib.
863