Paytaxt derbisini "İnter" qazandı
17 avqust 2015 23:11 (UTC +04:00)

Paytaxt derbisini "İnter" qazandı

Topaz Premyer Liqasının II turu bu gün keçirilən bir oyunla başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə ötən mövsümün gümüş mükafatçısı “İnter” “Neftçi”ni qəbul edib.

 

Avroliqada mübarizəni dayandırdıqdan sonra milli çempionata da yaxşı başlaya bilməyən rəqiblər ikinci qarşılaşmada vəziyyəti düzəltmək arzusunda idilər.

 

Oyuna gəlincə, artıq 16-cı dəqiqədə Xuan Albertonun qırmızı vərəqə alması “Neftçi”ni çətin vəziyyətdə qoyub. Say üstünlüyündən istifadə edən meydan sahibləri fasilə ərəfəsində sabiq "Neftçi"li Denis Silvanın başla vurduğu qol sayəsində hesabı açıb.

 

Sona 11 dəqiqə qalmış İlkin Qırtımovun da meydançadan qovulması ilə futbolçuların sayı bərabərləşib. Lakin "Neftçi"nin son dəqiqələrdəki təzyiqi bir nəticə verməyib və "İnter" ilk qələbəsini qazanıb.

 

 

Topaz Premyer Liqası

II tur

17 avqust (bazar ertəsi)

 

 

“İnter” – “Neftçi” - 1:0

Qol: D. Silva, 45

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Oxşar yazılar