Paytaxt derbisi FİFA referisinə tapşırıldı
03 aprel 2014 13:07 (UTC +04:00)

Paytaxt derbisi FİFA referisinə tapşırıldı

 

Futbol üzrə Topaz Premyer Liqasında XXIX turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Neftçi” və “Bakı” arasında keçiriləcək paytaxt derbisinə FİFA referisi Əliyar Ağayev təyinat alıb.

 

Turun 5 görüşündən 3-də 6 hakim iş başında olacaq. Bunlar Ağayevin idarə etdiyi qarşılaşmadan əlavə, “Xəzər Lənkəran” – “Qəbələ” və AZAL – “Qarabağ” matçlarıdır. Autsayderlərdən ibarət “Rəvan” və “Sumqayıt”, eləcə də “qardaş komandalar” “Simurq” və “İnter” arasındakı görüşlərdə isə 4 hakimin xidmətindən istifadə olunacaq.

 

5 aprel (şənbə)

 

17:00. “Rəvan” (Bakı) – “Sumqayıt”
Hakimlər:
Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Tahir Əhmədov

Bakı, “Bayıl Arena”

 

17:00. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Yusifov Fariz

Bakı, “AZAL Arena”

 

18:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Hakimlər:
Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev

“Xəzər Lənkəran” mərkəzi stadionu

 

6 aprel (bazar)

 

15:30. “Neftçi” (Bakı) – “Bakı”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Elman Musayev, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov  

Bakı, “Bakcell Arena”

 

16:00. “Simurq” (Zaqatala) – “İnter” (Bakı)
Hakimlər:
Vüsal Əliyev, Rahil Ramazanov, Coşqun Həsənov, Mahir Məmmədov

Zaqatala şəhər stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 455
avatar

Oxşar yazılar