Parisdə futbol fanatları ilə toqquşmada 15 polis yaralandı
12 aprel 2015 05:24 (UTC +04:00)

Parisdə futbol fanatları ilə toqquşmada 15 polis yaralandı

0

Parisdə Liqa Kuboku çərçivəsində “Pari Sen Jermen” komandası ilə qarşılaşan “Bastiya” futbol klubunun azarkeşləri və polis arasında baş vermiş toqquşma nəticəsində, 15 asayiş keşikçisi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le Parisien”  nəşri məlumat yayıb.  

 

Polis iğtişaşların  qarşısını almaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.

 

Qeyd edək ki, “PSJ” “Bastiya” üzərində 3:0 hesablı qələbə qazanaraq Fransa Liqa Kubokuna sahib olub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 864

Oxşar yazılar