Paralimpiyaçılarımız Avropa çemipionu olub
27 may 2013 21:32 (UTC +04:00)

Paralimpiyaçılarımız Avropa çemipionu olub

İki nəfər Paralimpiyaçımız Pauerliftinq idman növü üzrə Avropa çempionu olmuşlar.

May ayının 19-dan 28-nə kimi Rusiyanın Tula vilayətinin Aleksino şəhərində Pauerliftinq idman növü  üzrə  Avropa çempionatı keçirilib.

 Milli Paralimpiya Komitəsi Mətbuat Xidmətindgn Lent.az-a verilən məlumata görə, yarışda Azərbaycan Milli Paralimpiya komandasını təmsil edən idmançılar, 107 kq-dan  yuxarı çəki kateqoriyasında  Əliyev Məhərrəm və 107 kq çəki kateqoriyasında  Hüseynov Elşən çıxış ediblər.

İdmançılarımız Hüseynov Elşən  233 kq, Məhərrəm Əliyev isə 220 kq çəkini qaldırmaqla Avropa çempionatının qalibi və Avropa rekordçusu olublar.

Beləliklə, idmançılarımız 2 qızıl medalla Vətənə qayıdırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624
avatar

Oxşar yazılar