"Arsenal”ın futbolçusu Məsut Özil mövsümü erkən başa vurub.
Qol.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi Arsen Venger "Sky Sports”a açıqlamasında deyib.
O, 30 yaşlı yarımmüdafiəçinin bel ağrıları olduğunu və mövsümün sonunadək meydana çıxa bilməyəcəyini bildirib.
Qeyd edək ki, Almaniya millisinin türk əsilli üzvü bu mövsüm London klubunun heyətində 26 oyunda 4 qol vurub və 8 məhsuldar ötürmə verib.