Özbəkistanın “Paxtakor” klubunun futbolçularının təyyarə qəzasında ölümündən 35 il ötür. Lent.az-ın xəbərinə görə, 1979-cu ilin 11 avqustunda SSRİ çempionatının güclülər dəstəsində çıxış edən Daşkəndin “Paxtakor” klubunun futbolçularının da olduğu Tu-134 təyyarəsi Ukraynada, Dneprodzerjinsk səmasında qəzaya uğrayıb.
Ölkə çempionatında “Dinamo” Minsklə səfər oyununa gedən “Paxtakor” klubu Daşkənd-Minsk reysi ilə uçuş edib. Dneprodzerjinsk səmasında daşkəndliləri aparan təyyarə Voronej-Kişinyov reysi ilə hərəkətdə olan sərnişin təyyarəsi ilə toqquşub.
SSRİ tarixində ən böyük təyyarə qəzası hesab olunan faciədə 178 nəfər həyatını itirib ki, bunlardan 17-i özbək futbolunun flaqmanı “Paxtakor”un futbolçuları olub.