Oyun satan baş məşqçi “Terek”də
31 may 2013 14:36 (UTC +04:00)

Oyun satan baş məşqçi “Terek”də

Rusiyanın “Terek” futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Krasnojanla 3 illik müqavilə bağlanılıb.

 

Anlaşmaya daha da uzadılmasının mümkünlüyü barədə bənd əlavə olunub. Yeni baş məşqçi komandaya iyunun 11-də təqdim olunacaq. Krasnojan 2012-2013-cü il mövsümünün sonunda istefaya göndərilmiş Stanislav Çerçesovu əvəzləyib. “Terek” mövsümü özü üçün rekord yüksəklik sayılan 8-ci pillədə başa vursa da, Çeçenistan rəhbəri Ramzan Kadırov Çerçesovun istefasına səbəblərdən biri kimi onun “Mordoviya” ilə matçdan sonra “Terek”in futbolçusu Murat Tağıyevə əl uzatmamasını göstərib. Kadırov baş məşqçinin bu hərəkətini futbolçuya təhqir sayıb.

 

Qeyd edək ki, Yuri Krasnojan 2004 – 2010-cu illərdə Nalçik “Spartak”ının, növbəti 1 ildə isə Moskva “Lokomotiv”inin baş məşqçisi olub. Mətbuatda onun “Lokomotiv”dən gedişinə “Anji”yə oyun satmasının səbəb olduğu yazılıb. Təcrübəli mütəxəssis Rusiyanın ikinci yığması, eləcə də “Anji” və “Kuban”ın da baş məşqçisi kimi çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Oxşar yazılar