Olimpiya oyunlarının ən gənci, ən yaşlısı - RƏQƏMLƏR
08 fevral 2018 18:50 (UTC +04:00)

Olimpiya oyunlarının ən gənci, ən yaşlısı - RƏQƏMLƏR

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarının ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, açılış mərasimi sabah baş tutacaq yarışa qatılacaq ən gənc atlet çinli Vu Menqdi.

 

Snoubordda qüvvəsini sınayacaq idmançı açılış vaxtı 15 yaş 4 ay 7 günlük olacaq. Ən yaşlı idmançı ilə onun arasında isə 3 dəfədən artıq fərq var.

 

Kerlinq üzrə Kanada millisinin veteranı Şeril Bernard bu yay 52 yaşını qeyd edəcək. 40 ildi bu idman növü ilə məşğul olan xanım atlet Vankuver-2010-da gümüş medal qazandıqdan sonra karyerasını başa vurmuşdu. Amma sonra yenidən meydanlara dönən şimalı amerikalı Pxençxanda da qüvvəsini sınayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

ApaSport TV

Oxşar yazılar