Boks üzrə dünya və Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov ailə həyatı qurmağa qərar verib. Lent.az-ın məlumatına görə, 27 yaşlı idmançının toyu iyunun 22-də Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.
Toy məclisində Azərbaycan Boks Federasiyasının (ABF) rəhbərliyi və yığma komandamızın üzvləri də iştirak edəcəklər.