Hündürlüyə tullanma üzrə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Tia Ellebo üçüncü dəfə karyerasını başa vurub. Lent.az-ın məlumatına görə, belçikalı idmançı öz ailəsinə daha çox vaxt ayırmaq niyyətindədir.
35 yaşlı idmançının 2 qızı var. Ellebo Belçika Atletika Federasiyası ilə əməkdaşlıq etmək və yarışların öz ölkəsində keçirilməsinə yardımçı olmaq niyyətindədir.
Qeyd edək ki, Tia Ellebo ilk dəfə 2008-ci ilin dekabrında övladını dünyaya gətirmək üçün idmandan gedib. 2010-cu ilin fevralında o, qayıtsa da, hamiləliyi ilə əlaqədar avqustda karyerasını başa vurub. 2011-ci ilin iyununda Ellebo qayıdışını elan edib. İdmançının əsas istəyi 2012-ci il London olimpiadasını qızıl medalla başa vurmaqdan ibarət olub. Lakin o, son olimpiadada 5-ci yeri tutub. Pekində isə Ellebo qızıl medala əsas iddialı sayılan xorvatiyalı Blanka Vlasiçi qabaqlayıb. Belçikalının hesabında 2006 və 2007-ci illərin Avropa çempionluğu da var.