Olimpiya çempionu iynə vurdurub özünü öldürdü
23 oktyabr 2019 19:49 (UTC +04:00)

Olimpiya çempionu iynə vurdurub özünü öldürdü

 
Belçikalı yüngül atlet və parolimpiya çempionu Marike Vervort evtanaziya hüququndan istifadə edib.
 
Lent.az Lenta.ru-ya istinadla bildirir ki, idmançı 40 yaşında həyatdan gedib. Vervort sağalmaz əzələ xəstəliklərindən əziyyət çəkirdi. O, tez-tez ağrılar hiss edir və epileptik tutmaları olurdu.
 
Yüngül atlet evtanaziyaya hələ 2008-ci ildə razılıq verib. İdmançı dəfələrlə bu niyyətdə olduğunu da açıqlayıb. 
 
2016-cı ildə Bi-Bi-Si-yə müsahibəsində ağrıdan qışqırdığını və morfi, valium və digər ağrıkəsicilərdən istifadə etdiyini etiraf etmişdi. O qeyd etmişdi ki, 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarından sonra evtanaziya hüququndan istifadə edəcək. 
 
O, 2012-ci ildə Londondakı Parolimpiya oyunlarında 100 və 200 metr məsafələrə qaçışda qızıl və gümüş medallar qazanmışdı. Üstündən 4 il keçəndən sonra – Rio-de-Janeyrodakı oyunlarda da gümüş və bürünc medallar qazana bilmişdi.
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar