Futbol uzrə Norveç milli komandasının baş inzibatçısı Quttorm Dillinqin başçılıq etdiyi nümayəndə heyəti “Bakı” klubunun təlim-məşq bazasında olub. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qısamüddətli səfərin əsas məqsədi 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə birgə “H” qrupunda birgə yer alan Norveçin Bakıdakı oyununa hazırlıq məsələlərini müzakirə etməkdir.
Bazanın infrastrukturu ilə yaxından tanış olan qonaqlar gördüklərindən məmnun qaldıqlarını bildiriblər. Böyük ehtimalla Norveç yığması paytaxtımıza səfər zamanı Azərbaycan yığması ilə oyunun hazırlığın son mərhələsini məhz "Bakı"nın bazasında keçirəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı bu il noyabrın 19-da baş tutacaq.