Neymar üçün dünya çempionatı bitdi
05 iyul 2014 20:19 (UTC +04:00)

Neymar üçün dünya çempionatı bitdi

Braziliya millisinin hücumçusu Neymar zədə üzündən dünya futbol çempionatının qalan oyunlarında meydana çıxmayacaq.

 

Kolumbiya ilə 1/4 finalda oyunda Neymar rəqib müdafiəçi ilə toqquşaraq zədələnib. Onu meydançadan xərəklə çıxarıb, xəstəxanaya aparıblar. Hücumçuya üçüncü fəqərə sümüyünün sınığı diaqnozu qoyulub. İlkin proqnoza görə, futbolçunun sağalması 4-6 həftə çəkə bilər.   

 

Turnirin bütün 5 oyununda əsas heyətdə yer alan Neymar 4 qol vurub.

 

Yarımfinalda “sambaçılar” Fransanı mübarizədən kənarlaşdıran Almaniya yığması ilə qarşılaşacaqlar. Görüş iyulun 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172

Oxşar yazılar