PSJ-nin hücumçusu Neymar maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, braziliyalı futbolçu komanda yoldaşı Kilian Mbappeni tərifləyib.
O, bu yay PSJ-nin heyətinə cəlb olunan gənc forvardın yaxın gələcəkdə "Qızıl top" mükafatı uğrunda mübarizə aparacağını bildirib: "Mbappe ilə yanaşı oynamaq üstünlükdü. O, hələ uşaqdı, cəmi 18 yaşı var. Buna baxmayaraq, əla futbolçudu. 30 yaşlı oyunçu kimi düşünür (gülür). Fikrimcə, Mbappe karyerası ərzində çox şeyə nail olacaq və mütləq "Qızıl top"a namizədlərin sırasında yer alacaq".
Qeyd edək ki, Mbappe PSJ-də keçirdiyi 5 oyunda 2 qola imza atıb.