Uruqvay yığmasının hücumçusu Luis Suaresin nənəsi Lila Piris nəvəsinin italiyalı Kellinini dişləməsi haqda danışıb. Lent.az-ın dünya mediasına istinadən verdiyi xəbərə görə, Lila Piris nəvəsinin futbolçuları dişləməsinə Suaresin uşaq vaxtı aldığı travmanı əsas gətirib: “Uşaq vaxtı valideynlərinin boşanması ona pis təsir göstərib”.
FİFA məlum hərəkətə görə, Suaresi 4 ay futbol oynamaqdan məhrum edib və 112 min dollar məbləğində cərimələyib.
İtaliyalı Kellini isə Suaresə tətbiq edilən cəzanın çox ağır olduğunu qeyd edib: “Suaresə verilən cəza həddindən çox ağırdır”.
Digər tərəfdən, Kellini qaldıqları otelin işçilərindən birinə qolunu “dişlətdirərək” şəkil çəkdirib.