İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Nemanya Vidiç İtaliya “İnter”i ilə müqavilə bağlayıb. Lent.az-ın Milan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, serbiyalı müdafiəçi “qırmızı şeytanlar”ı yayda tərk edəcək.
Həmin vaxt 32 yaşlı oyunçunun hazırkı anlaşması başa çatacaq və o, “İnter”ə azad agent kimi yollanacaq.
Qeyd edək ki, Nemanya Vidiç “Mançester Yunayted”də 2006-cı ildən çıxış edib. O, İngiltərə komandasının heyətində 256 oyuna 17 qol vurub.