"Neftçi" keçmiş hücumçusunu geri qaytardı
12 avqust 2014 14:23 (UTC +04:00)

"Neftçi" keçmiş hücumçusunu geri qaytardı

“Neftçi” klubunun yenidən heyətə qaytarmaq istədiyi hücumçu Nikolas Kanales artıq Bakıdadı. Bu barədə apasport.az saytına “ağ-qaralar”ın vitse-prezidenti Tahir Süleymanov məlumat verib.

 

O bildirib ki, bu gün səhər saatlarında ölkəmizə gələn çilili legioner hazırda istirahət edir: “Kanales bütün təklifləri geri çevirdi və yenidən “Neftçi”yə qayıtmaq istədi. Onunla müqavilə imzalayacağıq. Müqavilənin müddəti 1 və ya 2 illik nəzərdə tutulub. Onun adının Avroliqanın iştirak ərizəsinə salınmasına gəlincə, müqavilə bağlanandan sonra bunu edəcəyik. Hələ avqustun 20-dək vaxtımız var. O, “Partizan”la oyunlarda bizə kömək edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1387
avatar

Oxşar yazılar