Nazir cənub bölgəsində
11 mart 2014 13:09 (UTC +04:00)

Nazir cənub bölgəsində

Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib. Lent.az-ın verdiyi məlumata görə, Masallı Gənclər Mərkəzində baş tutan görüşdə 40-dan artıq vətəndaş iştirak edib.

 

Müraciətlərin 30-dan çoxu idman sahəsində fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri ilə bağlı olub.

 

10-dan artıq müraciət qeyri - hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, Gənclər Mərkəzlərinin tikintisi və təmiri istiqamətində olub.

  

 

Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması tələb edən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar