Nazim Süleymanovun sabiq klubu dağıldı
11 fevral 2014 12:56 (UTC +04:00)

Nazim Süleymanovun sabiq klubu dağıldı

“Alaniya” klubu futbol üzrə Rusiya çempionatında iştirakını və hüquqi şəxs kimi fəaliyyətini dayandırıb. Lent.az-ın “15-ci region” nəşrinə istinadən məlumatına görə, bu barədə klubun müşahidə şurası qərar qəbul edib.

 

Vladiqafqaz komandasının rəsmisi Aleksand Stelmax faktiki bankrota sponsorları “RusGidro”nun “Alaniya” ilə gələcək əməkdaşlıqdan imtinasını səbəb göstərib. Halbuki şirkət 2020-ci ilədək kluba ildə 40 milyon dollar ayırmalı idi. “Alaniya”nın bütün futbolçuları azad agent statusu alıblar və tam tərkibdə komandanı tərk ediblər. Yaxın vaxtlarda “Alaniya”nın I divizionda gələcək iştirakının qeyri-mümkünlüyü barədə Milli Futbol Liqasına məktub göndəriləcək. Hazırda bu komanda 2-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, 1937-ci ildə təsis olunmuş “Alaniya” 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə gümüş mükafatçı, 2011-ci ildə isə Rusiya Kubokunun finalçısı olub. Azərbaycan yığmasının sabiq futbolçusu Nazim Süleymanov 1991 – 1996-cı illərdə bu klubun şərəfini qoruyub. Çempionluq və vitse-çempionluqlarda onun böyük əməyi olub. Süleymanov “Alaniya”nın heyətində 142 oyuna 60 qol vurub və klub tarixində rekordçuya çevrilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022
avatar

Oxşar yazılar