Nadaldan tarixi qələbə
10 iyun 2013 10:38 (UTC +04:00)

Nadaldan tarixi qələbə

İspaniyalı tennisçi Rafael Nadal Fransanın açıq çempionatı (“Roland Garros”) tarixində ilk dəfə 8 qat qalib olub. Lent.az-ın məlumatına görə, 27 yaşlı tennisçi kişilərin fərdi yarışının finalında öz həmyerlisi David Ferreri məğlubiyyətə uğradıb – 6:3, 6:2, 6:3.

 

Görüşün 3-cü setində korta əlində fayer olan yarıçılpaq azarkeş girib. Bu səbəbdən, oyun bir müddət dayandırılıb. Xuliqanı polis saxlayıb.

 

Qadınların fərdi mübarizəsində isə ABŞ tennisçisi Serena Uilyams qalib olub. O, finalda rusiyalı Mariya Şarapovanı yenib – 6:4, 6:4.

 

Qeyd edək ki, Rafael Nadal “Böyük dəbilqə” seriyalı tenirlərdə ilk qələbəsini 2005-ci ildə qazanıb. Həmin vaxt 19 yaşında olan Nadal yarımfinalda isveçrəli Roje Federeri üstələyib. Finalda isə o, argentinalı Mariano Puertonu 4 setdə yenərək, Fransanın açıq çempionatını ilk cəhddəcə qazanan tennisçi kimi tarixə düşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar