Mustafa Dənizli sabah Bakıda olacaq
05 fevral 2014 19:54 (UTC +04:00)

Mustafa Dənizli sabah Bakıda olacaq

Səhhətindəki problemlərlə əlaqədar vətəni Türkiyəyə yollanan “Xəzər Lənkəran” futbol komandasının baş məşqçi Mustafa Dənizli fevralın 6-da Bakıya qayıdacaq. Klubun mətbuat katibi Hüseyn Cəbrayıloğlunun Lent.az-a verdiyi məlumata görə, 65 yaşlı mütəxəssis qardaş ölkədə tibbi müayinədən uğurla keçib.

 

“Xəzər Lənkəran” Topaz Premyer Liqasında növbəti oyununu fevralın 9-da evdə “Neftçi”yə qarşı keçirəcək. Hazırda paytaxtda olan “ağ-yaşıllar” Lənkərana fevralın 7-də yollanacaqlar. Cəbrayıloğlu “Xəzər Lənkəran” mərkəzi stadionunun oyunadək tam hazır vəziyyətə gətiriləcəyini bildirib: “Hazırda ehtiyat meydanımız qardan təmizlənib. Sabah isə əsas meydan təmizlənəcək və oyunun baş tutmasında heç bir problem olmayacaq”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 17:00-da başlanacaq. Mustafa Dənizli yüksək təzyiq səbəbindən yanvarın 31-də Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasına yerləşdirilib. O, fevralın 1-də “ağ-yaşıllar”ın “Qarabağ”la keçirdiyi oyun zamanı komandasına rəhbərlik edə bilməyib. Ertəsi gün isə Dənizli Türkiyəyə aparılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778
avatar

Oxşar yazılar