"Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Mustafa Dənizlidən xəbər var. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, türkiyəli mütəxəssis "Beşiktaş"ın idman direktoru vəzifəsinə təyin olunub.
64 yaşlı mütəxəssis yeni iş yeri barəsində deyib: “Bilirsiniz ki, mən uzun illərdir “Beşiktaş”ın azarkeşiyəm. Burada işləyəcəyimə görə qürurluyam”.
Qeyd edək ki, M. Dənizli “Beşiktaş”la yaxın günlərdə rəsmi müqavilə bağlayacaq.