Futbol üzrə Fransa milli komandasının sabiq qapıçısı Rene Lyense 100 yaşında vəfat edib. Lent.az-ın “L`Equipe” nəşrinə istinadən məlumatına görə, Lyense karyerası ərzində “Set”, “Sent-Etyen” və “Tulon”da çıxış edib.
Mərhum Fransa Kubokunu 2 dəfə qazanıb və ölkə millisinin heyətində 11 matça çıxıb. Lyense 1934 və 1938-ci il dünya çempionatlarında iştirak edib. O, 30 avqust 2010-cu ildən sonra II Dünya Müharibəsinədək keçirilmiş dünya çempionatlarının yeganə canlı iştirakçısı olub.
Qeyd edək ki, Rene Lyerse futbolçu karyerasına müharibənin başladığı 1939-cu ildə son qoyub və savaş başa çatdıqdan sonra 1946-cı ildə baş məşqçiliyə start verib. O, 1946 – 1947-ci illərdə “Tulon”a, 1947 – 1955-ci illərdə isə “Bezye”yə rəhbərlik edib.