Mübariz Mənsimov “Şaxtyor”un prezidentindən Luçeskunu istəyəcək
25 iyun 2013 11:34 (UTC +04:00)

Mübariz Mənsimov “Şaxtyor”un prezidentindən Luçeskunu istəyəcək

Türkiyənin “Fənərbağça” klubu “Şaxtyor” komandasının baş məşqçisi Mirça Luçeskuya yenidən elçi düşüb. Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, “sarı-lacivərdlilər” bu dəfə azərbaycanlı iş adamı Mübariz Mənsimovun vasitəçiliyinə bel bağlayıb.

 

“Fənər” əvvəllər də Luçeskunu komandanın sükanı arxasına gətirmək istəyib. Lakin rumıniyalı mütəxəssis “Şaxtyor”un prezidenti Rinat Axmetovun onu buraxmadığını bildirib. İndi isə Türkiyə klubu ümid edir ki, Mənsimov yaxın dostu Axmetovu 68 yaşlı baş məşqçini buraxmağa razı sala biləcək.

 

Hazırda “Fənər”i danışılmış oyunlarda iştirakı ilə əlaqədar Avropa kuboklarından kənarlaşdırılma təhlükəsi gözləyir. Bu, baş verməsə, Luçeskunun baş məşqçi postuna gəlişi üçün danışıqlar sürətləndiriləcək. Klub cəzalandırılsa, bu posta Ersun Yanal gətiriləcək. Artıq türkiyəli mütəxəssislə ilkin razılıq əldə olunub.

 

Qeyd edək ki, “Palmali” Şirkətlər Qrupunun prezidenti və “Xəzər Lənkəran” klubunun fəxri prezidenti olan Mübariz Mənsimov “Fənərbağça”nın prezidenti Aziz Yıldırımla da dostdur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053
avatar

Oxşar yazılar